Nardaranda təzyiqə məruz qalan KİV əməkdaşları ifadə verdilər

Nardaranda təzyiqə məruz qalan KİV əməkdaşları ifadə verdilər

Nardaran hadisələri zamanı təzyiqlə üzləşən jurnalistlər prokurorluqda ifadə veriblər.

Aktual.az-ın APA-ya istinadən məlumatına görə, noyabrın 26-da Bakının Nardaran qəsəbəsində çəkiliş apararkən qəsəbə sakinləri tərəfindən təzyiqə məruz qalan İctimai Televiziyanın (İTV) və Azad Azərbaycan Televiziyasının (ATV) çəkil qrupunun üzvləri prokurorluğa dəvət edilərək onların ifadələri alınıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında jurnalistlərin prokurorluqda ifadə verdiklərini təsdiqləyib.

Qeyd edək ki, noyabrın 26-da Nardaran qəsəbəsində baş verən insidenti işıqlandırma üçün bu qəsəbəyə gedən bir qrup jurnalist təzyiqlə üzləşib. Hadisə zamanı ATV-nin avtomobilinin şüşələri sındırılıb, bir neçə jurnalistə xəsarət yetirilib.

Xəbər 495 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR