Mustafa Cecelinin konsert verdiyi restoranın sahibi cərimələndi - 4 min manat

Mustafa Cecelinin konsert verdiyi restoranın sahibi cərimələndi - 4 min manat

Xəbər verdiyimiz kimi, məşhur türkiyəli müğənni Mustafa Ceceli Bakıda karantin qaydalarını pozaraq, sosial məsafəyə riayət olunmada konsert verib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Aktual.az-a bildirilib ki, sözügedən konsert proqramının təşkil olunduğu "İstanbul Meyhane Bilgah” restoranının sahibi cəzalandırılıb. Qeyd olunub ki, konsert proqramı iyun ayının 5-də Sabunçu rayon Bilgəh qəsəbəsində yerləşən sözügedən restoranın açılışı ilə əlaqədar təşkil olunub: "Konsertdə Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimi ilə bağlı tətbiq etdiyi qaydalar ciddi şəkildə pozulduğuna görə, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tədbirin qarşısı alınıb.

Obyektin sahibi və konsertin təşkilatçısı Bürhan Abdullazadə barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib və həmin şəxs rayon məhkəməsinin qərarı ilə 4 min manat məbləğində cərimələnib. Həmçinin ona gələcəkdə analoji halların təkrarlanmaması ilə bağlı ciddi xəbərdarlıq edilib".

Xəbər 612 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR