Murovdağ tuneli üzrə işlərin 65 %-i yerinə yetirilib

Murovdağ tuneli üzrə işlərin 65 %-i yerinə yetirilib

Göygöl və Kəlbəcər rayonlarını birləşdirən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu və dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası 2025-2026-cı ildə başa çatdırılacaq.
Bu barədə Aktual.az-a açıqlamasında işğaldan azad olunmuş ərazilərdə inşaat işlərini həyata keçirən Türkiyənin "Proyapı” şirkətinin İdarə Heyətinin sədr müavini Akif Aygen deyib.
Onun sözlərinə görə, tunel üzrə işlərin 65 %-i yerinə yetirilib.
Qeyd edək ki, Göygöl və Kəlbəcər rayonlarını birləşdirən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun layihə uzunluğu 80,7 km təşkil edir. Avtomobil yolu 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir.
Belə ki, layihənin keçdiyi ərazinin sərt dağlıq və qayalıq relyefinin olmasını nəzərə alaraq, yolun əsas hissəsinin II texniki dərəcəyə uyğun, yəni hərəkət hissəsinin 2 zolaqdan, yoxuşlarda isə əlavə zolaq verilməklə tikintisi nəzərdə tutulub.
Tunel və körpü olan hissələrdə isə 1-ci texniki dərəcəyə uyğun 4 hərəkət zolağının inşası planlaşdırılır.




Xəbər 632 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR