Müdafiə Nazirliyinin rəhbərliyi Həzi Aslanovun abidəsini ziyarət edib

Müdafiə Nazirliyinin rəhbərliyi Həzi Aslanovun abidəsini ziyarət edib

Mayın 9-da Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazir müavinləri Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75-ci ildönümü münasibətilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun abidəsini ziyarət ediblər.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə Nazirliyinin rəhbərliyi abidə önünə gül dəstələri qoyub, İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Xəbər 333 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR