Moskvada qanunsuz tikililərin sökülməsinin üçüncü mərhələsinə başlanıldı

Moskvada qanunsuz tikililərin sökülməsinin üçüncü mərhələsinə başlanıldı
  • DÜNYA

Moskva şəhər rəhbərliyi qanunsuz tikililərin sökülməsinin üçüncü mərhələsinə başlayıb.

Aktual.az  APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Daşınmaz Əmlakların İstifadəsinə Nəzarət üzrə Dövlət Müfəttişliyi məlumat yayıb.

Siyahıya daxil olan 43 tikilidən 4-ü söküləcək, digərlərinin sahibləri isə söküntü işlərini könüllü şəkildə həyata keçirəcəklər. Məcburi sökülmə prosesi dekabrın 5-də başlayacaq.

Qanunsuz tikililərin sökülməsi ilə bağlı üçüncü siyahı oktyabrın 4-də təsdiq edilib. İlk kütləvi söküntü fevralın 9-da reallaşıb. Həmin vaxt 104 qanunsuz obyekt dağıdılıb. Avqustun 29-da keçirilən ikinci mərhələdə isə 107 obyekt sökülüb. 

İkinci mərhələ Rusiya paytaxtında metro stansiyaları ətrafında yerləşən ticarət və xidmət obyektlərinə şamil olunub. Həmin obyektlərin sahibləri arasında azərbaycanlılar da var.
 
Aktual.az
Xəbər 387 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR