Moskvada kinoteatr təxliyə olundu - Bomba həyəcanı

Moskvada kinoteatr təxliyə olundu - Bomba həyəcanı
  • DÜNYA

Moskvada anonim zəngdən sonra kinoteatrdan 100-ə yaxın adam təxliyə olunub.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, təxliyədən sonra kinoteatrda bomba axtarışları aparılıb.
Moskvada son sutka ərzində yeddi kinoteatrda da bomba qoyulması barədə anonim zənglər daxil olub.
Zənglərin heç biri öz təsdiqini tapmayıb.

Qeyd edək ki, Rusiyada anonim zənglər dalğası sentyabrın 11-dən başlayıb. Bugünədək ölkənin 170-ə yaxın şəhərində 1,4 milyondan çox adam təxliyə olunub.
 
Aktual.az
Xəbər 341 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR