Moskvada 20-dən çox reys təxirə salınıb

Moskvada 20-dən çox reys təxirə salınıb
  • DÜNYA

Moskvanın bir neçə hava limanında ümumilikdə 20-dən çox reys təxirə salınıb və ya yubanır.

Aktual.az  Trend-ə istinadən xəbər verir ki, Şeremetyevo hava limanında 3 reys təxirə salınıb, 11 reysin uçuşu isə ləngiyir.
Domodedovo aeroportunda 8 reysin təxirə salındığı varədə məlumat verilib.
Məlumata görə, Vnukovo hava limanında isə 1 reys təxirə salınıb, 3 reys yubanır.

Moskva aeroportlarını iflic edən isə qeyri-sabit hava şəraitidir. Qeyd edək ki, Moskvada ötən gecədən başlayaraq güclü qar yağır. Sinoptiklər qarın bu gün ərzində də yağacağını proqnozlaşdırırlar.
Qeyd edək ki, Rusiya paytaxtından ölkəmizə, eləcə də ölkəmizdən Moskvaya olan reyslərdə problem yoxdur.
Xəbər 294 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR