Mobil telefonların ölkəyə qanunsuz gətirilməsi cəhdinin qarşısı alınıb

Mobil telefonların ölkəyə qanunsuz gətirilməsi cəhdinin qarşısı alınıb

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes Benz C280” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Aktual.az-a verilən məlumata görə, yoxlama zamanı avtomobilin yük yerində xüsusi düzəldilən gizli saxlanc yerindən 13 ədəd "Samsung Galaxy J1 mini prime” və 10 ədəd "Samsung Galaxsy J1” markalı mobil telefonlar, 8 ədəd qidalandırıcı başlıq, 6 ədəd qulaqcıq, 6 ədəd USB kabel və 6 ədəd qidalandırıcı cihaz aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.
 
Aktual.az
Xəbər 291 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR