MN: Ermənistan ərazisində sərhəd zastavasının vurulması barədə yayılan məlumat yalandır

MN:   Ermənistan ərazisində sərhəd zastavasının vurulması barədə yayılan məlumat yalandır

Ermənistanın bu gün guya Azərbaycana məxsus PUA və raket-artilleriya vasitələrindən istifadə etməklə Ermənistan ərazisinin atəşə tutulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır.
Aktual.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin yaydığı açıqlamada bildirilib.
"Bildiririk ki, Azərbaycan yeni humanitar atəşkəs rejiminə tam riayət edir.
Əksinə, oktyabrın 27-də saat 09:30-dan başlayaraq indiyədək Ermənistan tərəfi Zəngilan rayonunun Ağbənd kəndi istiqamətində ərazilərimizi minaatanlardan intensiv atəşə tutur", - məlumatda qeyd olunub..
Xəbər 391 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR