Mingəçevirdə DƏHŞƏTLİ QƏTL: kişi arvadını və iki övladını öldürdü - TƏFƏRRÜAT (YENİLƏNDİ)

Mingəçevirdə DƏHŞƏTLİ QƏTL: kişi arvadını və iki övladını öldürdü - TƏFƏRRÜAT (YENİLƏNDİ)

Mingəçevir şəhərində Nazim Hüseynovun arvadını və iki azyaşlı uşağını öldürməsinin təfərrüatı məlum olub.

Mingəçevir şəhər prokurorluğundan Publika.az-a bildirilib ki, hadisəni törədən şəxs özü təslim olub: "Hadisə bu gün səhər saat 9-10 radələrində baş verib. N.Hüseynov arvadını və iki azyaşlı uşağını öldürdükdən sonra polis bölməsinə gələrək əməlini etiraf edib. Onun verdiyi məlumat əsasında hadisə yerinə baxış keçirilib. Hadisə yerindən həyat yoldaşı Aynurə Hüseynova, övladları 2008-ci il təvəllüdlü Hüseyn Hüseynov və 2012-ci il təvəllüdlü Mədinəxanım Hüseynovanın cəsədləri aşkar edilib. Hadisə ilə bağlı araşdırma aparılır. Nazim Hüseynov ilkin ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini deyib”.
Faktla bağlı Mingəçevir rayon Prokurorluğunda 12.2.7 Qəsdən iki və ya daha çox şəxsi öldürmə maddəsi ilə cinayət işi açılıb.
 
****
Mingəçevirdə kişi arvadını və iki övladını qətlə yetirib.

Hadisə şəhərin ərazisində baş verib.
Belə ki, şəhər sakini 1960-cı il təvəllüdlü Hüseynov Nazim Ağa oğlu həyat yoldaşı və iki övladını öldürərək qətlə yetirib.
Hadisənin ailə-münaqişəsi zəminində baş verdiyi bildirilir.
Hadisə yerinə Mingəçevir Şəhər Polis Şöbəsinin və Mingəçevir Şəhər Prokurorluğunun əməkdaşları gəlib. (report)
 
Aktual.az
Xəbər 1100 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR