Milli Məclisin sədri İrana dəvət olundu

Milli Məclisin sədri İrana dəvət olundu

Milli Məclisin sədri Oqtay Əsədov İslam Parlamentlərarası İttifaqının Tehranda keçiriləcək növbədənkənar iclasında iştirak etmək üçün İrana dəvət olunub.

Aktual.az xəbər verir ki, Trend bu barədə IRNA agentliyinə istinadən məlumat verir.
Qeyd olunur ki, İranın Azərbaycandakı səfiri Cavad Cahangir-zadə O.Əsədovla görüşü zamanı ona İran parlamentin spikeri Əli Laricaninin dəvətnaməsini təqdim edib.
İslam Parlamentlərarası İttifaqının iclası 2018-ci il yanvarın 15-də keçiriləcək. İclas zamanı Fələstinlə bağlı son hadisələrin müzakirəsi planlaşdırılır.
 
Aktual.az
Xəbər 280 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR