Milli Məclisin növbəti plenar iclası bu gün öz işinə başlayıb.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, iclasın gündəliyinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatı, "Lisenziyalar və icazələr haqqında" qanun layihəsi (üçüncü oxunuş), "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" qanun layihəsi (ikinci oxunuş) daxildir.