Millət vəkili Türkiyə-Suriya sərhəddində köçkün düşmüş Suriya türkmənləri ilə görüşüb

Millət vəkili Türkiyə-Suriya sərhəddində köçkün düşmüş Suriya türkmənləri ilə görüşüb

Millət vəkili Q.Paşayeva Türkiyə-Suriya sərhədində köçkün düşmüş Suriya türkmənləri qardaş-bacılarımızla ilə görüşüb.

Millət vəkili Qənirə Paşayeva Türkiyə-Suriya sərhədində Hatayda Suriyadan köçkün düşmüş soydaşlarımızla, türkmənlərlə görüşüb. Zülm və əziyyətdən, ölümdən zorla qaçaraq canını qurtara bilmiş Suriya türkmənləri onlarla görüş zamanı millət vəkilinə Suriyadan İŞİD zülmündən zorla canlarını qurtara bildiklərini, hər şeylərini orada qoyub gəldiklərini deyiblər. Yaşadıqları dəhşətləri anladan Suriyadan köçkün düşmüş türkmənlər ciddi dəstəyə ehtiyacları olduqlarını bildiriblər. Köçkün düşmüş türkmənlər bütün Türk dünyasından siyasi, mənəvi və maddi dəstək gözlədiklərini deyiblər. Millət vəkili Q. Paşayeva türkmən uşaqlarla da söhbət edib və onların söylədikləri hər kəsi kövrəldib. Millət vəkili Q. Paşayeva onunla bərabər görüşdə iştirak edən Hatay, Dörd Yol bələdiyyə başqana müraciət edərək türkmən qardaş-bacılarımıza dəstəyi daha da artırmalarını xahiş edib. Hatay, Dörd Yol bələdiyyə başqanı dəstəyi artıracaqlarını bildirib və elə yerindəcə bələdiyyə işçilərinə bu istiqamətdə tapşırıqlar verib və 2 gün içində köçkün düşmüş türkmən ailələrlə bağlı, onların iştirakı ilə bütün problemlərinin müzakirə olunacağı toplantının çağırılması təlimatını verib. Köçkün düşmüş Suriya türkmənləri Suriyada türkmənlərin üzləşdiyi ciddi problemlər, vəziyyətin daha da pisləşməsi, çoxlu sayda türkmən soydaşlarımızın öz evindən köçkün düşməsi, öz həyatını itirməsi, beynəlxalq təşkilatların və ictimaiyyətin Suriya türkmənlərinin vəziyyətinə biganə münasibəti, bütün Türk dövlət və toplumlarından, diaspor təşkilatlarından daha çox dəstək gözləmələrindən danışıblar. Millət vəkili Suriyada yaşayan türkmənlərin üzləşdiyi faciələr və onların ağır vəziyyətinin hamımızı ciddi narahat etdiyini deyib. Suriya türkmənlərinin vəziyyəti ilə bağlı bir neçə gün əvvəl Avropa Şurası Parlament Assambleyasında və son günlərdə bəzi beynəlxalq tədbirlərdə çıxış edərək, çağırış səsləndirdiyini deyən Q. Paşayeva beynəlxalq təşkilatları, BMT, ATƏT-i və beynəlxalq ictimaiyyətin Suriya türkmənlərin vəziyyətinə və baş verənlərə biganə, laqeyd münasibətini kəskin qınayıb. O, bildirib ki, TÜRK PA və İslam Konfransı Təşkilatı bu məsələdə daha da fəal rol oynayaraq Suriya türkmənlərinə ciddi dəstək istiqamətində addımları artırmalıdır. Suriya türkmənləri millət vəkili Q. Paşayevaya bir aylıq əmək haqqını Suriya türkmənlərinə bağışlaması və eyni zamanda rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən edilən dəstəklər üçün də təşəkkür ediblər. Bu bizim borcumuzdur deyən millət vəkili Q. Paşayeva bildirib ki, dünyanın harasında doğulub harasında yaşamasından asılı olmayaraq hər bir Türk insanı imkanlarının çatdığı qədər acı və üzüntü içərisində yaşayan Suriya türkmənləri qardaş-bacılarımızın yanında olmalıdır.

Xəbər 476 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR