Mikayıl Cabbarov: “Ağdam Sənaye Parkında rezidentlərin sayı artdı”

Mikayıl Cabbarov: “Ağdam Sənaye Parkında rezidentlərin sayı artdı”

Ağdam Sənaye Parkında dörd sahibkarlıq subyektinə rezident statusu verilib və rezidentlərin sayı 11-ə çatıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter” hesabında yazıb.
"Ümumi investisiya həcmi 27 milyon manata yaxın olan dörd müəssisədə ("Rail Trans Service” MMC, "Mister Decor” MMC, "Almet Holding” QSC və "Eel Electric” MMC) 250-dən çox daimi iş yeri yaradılacaq”, - nazir qeyd edib.
Xatırladaq ki, Ağdam Sənaye Parkı Prezident İlham Əliyevin 28 may 2021-ci il tarixli fərmanı ilə 190 hektar ərazidə yaradılıb.

Xəbər 389 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR