Messi qeyri-adi uğura imza atdı

Messi qeyri-adi uğura imza atdı
  • İDMAN

İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi Çempionlar Liqasında yeni rekorda imza atıb.

"Report" "OptaJose"yə istinadən xəbər verir ki, 33 yaşlı hücumçu qrup mərhələsinin VI turunda evdə İtaliya "Yuventus"u ilə matçda qapıya 11 zərbə vurub və bunlardan 7-ci çərçivəyə düşüb.

2003/2004 mövsümündən bəri ilk dəfə bir oyunçu hədəfə bu qədər zərbə endirib, lakin qol vura bilməyib.

Qeyd edək ki, qarşılaşmada 3:0 hesabı ilə qələbə qazanan "Yuventus" qrup lideri kimi 1/8 finala yüksəlib.
Xəbər 333 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR