Messi Çempionlar Liqasındakı ilk oyunu buraxa bilər

Messi Çempionlar Liqasındakı ilk oyunu buraxa bilər
  • İDMAN

İspaniyanın "Barselona" komandasının futbolçusu Lionel Messinin avqustun əvvəlində sağ ayağından aldığı zədə hələ sağalmayıb.

"Report" "Goal.com"a istinadən xəbər verir ki, 32 yaşlı hücumçu, böyük ehtimalla, UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda komandasına kömək edə bilməyəcək.
Daha öncə bildirilib ki, argentinalı oyunçu La Liqanın IV turunda keçiriləcək "Valensiya" ilə ev matçında iştirak etməyəcək.
Qeyd edək ki, "Barselona" Çempionlar Liqasındakı ilk oyununu sentyabrın 17-də səfərdə Almaniya "Borussiya"sına (Dortmund) qarşı keçirəcək. "Barselona" - "Valensiya" dueli isə sentyabrın 14-də olacaq. 
Xəbər 75 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR