Məşhur futbolçunu təhqir edən oyunçuya 6 oyunluq cəza verilib

Məşhur futbolçunu təhqir edən oyunçuya 6 oyunluq cəza verilib
  • İDMAN

Çin Futbol Federasiyası "Çançun Yatay" klubunun futbolçusu Zanq Lini 6 oyunluq diskvalifikasiya edib. 

"Report" Çin Futbol Federasiyasına istinadən xəbər verir ki, buna səbəb 29 yaşlı yarımmüdafiəçinin "Şanxay Şenxua" klubunun hücumçusu Demba Baya qarşı irqçi ifadələr işlətməsidir. Futbolçu həmçinin 6 min dollar məbləğində cərimə olunub. 
Qeyd edək ki, avqustun 4-ü baş tutan "Çançun Yatay" - "Şanxay Şenxua" matçı 1:1 hesabı ilə başa çatıb. 
Demba Ba karyerası ərzində İngiltərənin "Çelsi" və Türkiyənin "Beşiktaş" komandalarında çıxış edib. 
 
Aktual.az
Xəbər 131 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR