Məşhur futbolçu alkoqolu tərgitmək üçün mütəxəssis tutub

Məşhur futbolçu alkoqolu tərgitmək üçün mütəxəssis tutub
  • İDMAN

İngiltərənin "Derbi” klubu ilə müqavilə imzalayan Ueyn Runi spirtli içkidən imtina etmək və ailə münasibətlərini qorumaq üçün mütəxəssis tutub.

"Report" "The Sun"a istinadən xəbər ki, 34 yaşlı hücumçu alkoqolu birdəfəlik tərgitmək niyyətindədir: 
"Runi ABŞ-da çox içdi və bu, həyat yoldaşı ilə problemlərə səbəb oldu. Axşamlar evdə içərək özünü məhv etdi. Ancaq özünü düzəltmək və sıfırdan başlamaq istəyir. Alkoqoldan imtina etməyin hər kəsə xeyir verəcəyini bilir". - mənbə bildirib.
Qeyd edək ki, Ueyn Runi bunda öncə ABŞ-ın "DC Yunayted” klubunun formasını geyinib. İngiltərə millisinin sabiq üzvü karyerası ərzində vətənində "Mançester Yunayted” və "Everton”da da çıxış edib. 
Xəbər 349 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR