Məşhur aktyor reanimasiya şöbəsinə yerləşdirildi

Məşhur aktyor reanimasiya şöbəsinə yerləşdirildi

Türkiyənin tanınmış aktyoru Kadir İnanır xəstəxanaya yerləşdirilib. 

"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, həkimlər aktyorun beyin damarlarında tromp yarandığını bildiriblər. 
Təcili cərrahiyyə əməliyyatı olunan K.İnanırın müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir.
Həkimlər bildiriblər ki, aktyorun həyatı üçün heç bir təhlükə yoxdur.
Qeyd edək ki, 1949-cu il təvəllüdlü K.İnanır ilk dəfə "Qara gözlüm" filmi ilə məşhurluq qazanıb. O, "Selvi Boylum Al Yazmalım", "Tatar Ramazan", "Bir Yudum Sevgi", "Ölüm Yolu, Fırtına", "Elveda Katya", "Emanet", "Kavgamız", "Katırcılar", "Bitirimler Sosyetede" və başqa ekran əsərlərində rol ifa edib. K.İnanır eyni zamanda bir çox seriallarda baş rol oynayıb. 
 
Aktual.az
Xəbər 1478 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR