Mərkəzi Bankın valyuta ehtiyatları daha 164 milyon dollar artdı

Mərkəzi Bankın valyuta ehtiyatları daha 164 milyon dollar artdı

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehyiyatlarının həcmi sentyabrda daha 164 milyon dollar artaraq 7,667 milyard dolları ötüb. 

Aktual.az AMB-yə istinadən xəbər verir ki, bir ay əvvəl ehtiyatların həcmi 7,5 milyard dollar idi. 

İlin əvvəlindən ehtiyatlarda 592 milyon dollar, son bir ildə isə 626 milyon dollar artıb.

Qeyd edək ki, AMB-nin valyuta ehtiyatları 2022-ci ilin may ayından davamlı artır. Valyuta ehtiyatlarının davamlı artmasına əsas səbəb daxili valyuta bazarında xarici valyutaya tələbin zəifləməsidir. Xarici valyutaya tələb zəiflədiyindən satılmayan vəsaiti AMB alır və nəticədə valyuta ehtiyatları artır.

Xəbər 567 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR