"Mercedes" "VAZ"ı ikiyə böldü, sürücü sağ qaldı - FOTO


Şabran rayonu ərazisində ağır yol qəzası baş verib.

Aktual.az Milli.Az-a istinadən xəbər verir ki, bu gün saat 13 radələrindəŞabran rayonu ərazisində, Bakı-Quba-Rusiya sərhədi yolunda ağır yol qəzası baş verib.

Hadisə şahidlərinin Milli.Az-a verdikləri məlumata görə, "VAZ" və "Mercedes" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində "VAZ 2106" markalı avtomobil ortadan iki hissəyə bölünüb.

Şabran Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, qəza nəticəsində ölən ölmayıb. Amma "VAZ"ın sürücüsü xəsarət alıb. "Mercedes"ə isə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.

Xəbər 523 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR