“Məlumat azadlığı haqqında” qanun dəyişir

“Məlumat azadlığı haqqında” qanun dəyişir

Bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Məlumat azadlığı haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Aktual.az Azvision.az-a istinadən xəbər verir ki, layihə barədə komitə sədri, vitse-spiker Bahar Muradova məlumat verib.

Vitse-spiker deyib ki, dəyişiklik texniki xarakter daşıyır: “Dəyişiklik “Məlumat azadlığı haqqında” qanunda “terror aksiyaları” sözü “terror aktları” ifadəsi ilə əvəz olunmasını nəzərdə tutur”.

B. Muradova qanuna dəyişikliyin texniki xarakter daşımasına baxmayaraq, bu gün dünyada terror təhdidinin ciddi olduğunu vurğulayıb.

Xəbər 546 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR