“Məlum icraata aclıq yox, dieta desək, necə olar?! – Elşən Musayev

“Məlum icraata aclıq yox, dieta desək, necə olar?! – Elşən Musayev

Radikal müxalifətin tör-töküntüləri, söyüş xiridarları və ən nəhayət: Vaşinqtonda yenicə peydahlanan "qaçaq oğul”un qəttəzə "banda”sı özünə əl qatıb ki, demə bəs filankəs türmədə aclıq aksiyası keçirir, həyatı təhlükədədir, bu gün-sabahlıqdır, ölür, məhv olur, sair, ilaxır, filan-feşməkan.
Bəsdirin, sən canı. Yox, daha nələr...
Ən son rəvayətlərə görə adam 15 gündür acdır, amma nə hikmətdirsə, çəki 90 kq-dan aşağı düşmür. Üstəlik, biri deyir, aksiyanın adı ölüm aclığıdır, digəri deyir, dirim.
Elə ona görə də hər kəs çaşıb qalıb. Ki, əcəba, görəsən bu aclıq ancaq günorta qidalanmamağımı özündə ehtiva edir, yoxsa sadəcə ağ çörəkdən imtinanımı?
(Ayrıca, ödü olmayan birinin rahat-rahat aclıq aksiyası keçirmək "istedadı” da tam ayrı söhbətin mövzusudur)
***
Sizin tək doğru və real aclığınız bilirsinizmi nə ilə bağlıdır?!
Kitab oxumaqla! Püxtələşmək və inkişaf etməklə! Mədəniləşmək və sivilləşməklə!
Odur ki....hörmətsiz radikallar!
Yemək-içmək bu gün var, sabah yoxdur. Ya da tam tərsi.
Əsas, təhlükəli aclıqlardan qorxun və....mümkünsə, hər şeyi öz adı ilə çağırın.
Məsələn, haqqında danışdığınız icraata aclıq yox, dieta desək, necə olar?

Xəbər 640 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR