Separatçı rejimin qalıqlarının "başçı”sı Araik Arutyunyan müharibənin nəticələrinin onun üçün 2020-ci ilin oktyabr ayının əvvəlində aydın olduğunu, ancaq Ermənistandakı siyasi qüvvələrin hərbi əməliyyatların erkən dayandırılması ilə bağlı bir fikir birliyinə gələ bilmədiklərini açıqlayıb.
"Qafqazinfo” "Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Arutyunyan bildirib ki, həmin vaxt Ermənistandakı bir çox siyasi qüvvələr müharibənin bitməsini xəyanət kimi qəbul ediblər.
O, həmçinin 1994-cü ilin may atəşkəsindən sonra Ermənistan və separatçı qüvvələrin dünya təcrübəsindən lazımi dərsləri almadığını və bunun sarsıdıcı məğlubiyyətə gətirib çıxardığını etiraf edib.
Xəbər 300 dəfə oxunub.