Meksika prezidenti xanımının villasına görə xalqdan üzr istədi

Meksika prezidenti xanımının villasına görə xalqdan üzr istədi

Meksika prezidenti 7 milyon dollara ev almış xanımına görə üzr istəyib

Meksika prezidenti Enrike Penya Neto iki il əvvəl həyat yoldaşının 7 milyon dollara ev alması ilə bağlı yaranmış qalmaqala görə ölkə vətəndaşlarından üzr istəyib.

Bu barədə Ölkə.Az Rusiya KİV-lərinə istinadən xəbər verir.

Prezident özünün və xanımının qanunu pozmadıqlarını xatırlatsa da, belə bir mülkün alınmasının yanlış addım olduğunu söyləyib.

"Dövlət məmuru yaratdığı obraza görə məsuliyyət daşıyır, mən buna görə təəssüf edirəm",- deyə prezident vurğulayıb.

Meksika prezidentinin həyat yoldaşı tanınmış aktrisa Anxelika River 2014-c ildə Mexikoda dəbdəbəli villa alması jurnalistlərin müzakirə mövzusuna çevrilmişdi.

Xəbər 1217 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR