MƏCBURİ KÖÇKÜNLƏRİ YENİ SƏDRDƏN SÜNİ SURƏTDƏ NARAZI SALMAQ İSTƏYƏNLƏR...

MƏCBURİ KÖÇKÜNLƏRİ YENİ SƏDRDƏN SÜNİ SURƏTDƏ NARAZI SALMAQ İSTƏYƏNLƏR...

"Qaçqınkom”un (Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi) əvvəlki sədri, Baş nazirin müavini Əli Həsənovun vaxtında sözügedən qurumda baş verən neqativ hallar haqqında ağzına su alıb susanlar və dövlətin hesabına tikilən mənzilləri köçkünlərə, eləcə də kənar şəxslərə satıb özləri üçün üstüörtülü biznes quranlar indi yeni sədrin yürütdüyü şəffaflıq siyasətindən və vicdanlı idarəetmədən yamanca narahat olublar.

 

Onlar öz "biznes"lərinin alt-üst olacağından ehtiyat edərək hərəkətə keçiblər. Rövşən Rzayev qaçqınlara və məcburi köçkünlərə maksimum diqqətlə yanaşmağa çalışır, mənzil növbəsi çatan məcburi köçkünlərə evləri bircə qəpik də rüşvət almadan verir, komitəyə işə götürülən şəxsləri də həmçinin kiminsə "tapşırığ"ı olmadan, "şirinlik" adı altında rüşvət tələb edilmədən işə götürür. Qaçqın və köçkün vətəndaşlarla tez-tez görüşlər keçirir, onların qayğıları ilə maraqlanır, problemlərini yerində həll etməyə çalışır. Bütün bunlar "Qaçqınkom"un fəaliyyətinə həqiqətən də yeni məzmun, tamamilə yeni ab-hava gətirib. Lakin görünən mənzərə isə budur ki, "Qaçqınkom"dakı yeni ab-hava və Rövşən müəllimin fərqli, effektiv idarəetmə tərzi kimlərisə qane etmir. Onlar məcburi köçkünləri yeni sədrdən süni surətdə narazı salmaq üçün köçkünlər arasında heç bir əsası, kökü olmayan cürbəcür şayiələr yayır və guya indiki sədrin dövründə də bütün işlərin yalnız rüşvət yoluyla həll edilməsi barədə fikir formalaşdırmağa çalışırlar. Amma adamlar bir həqiqəti başa düşməyiblər ki, bütün bu şayiələr də, iddialar da hamısı cəfəngiyyatdır, quru böhtandır. Bu böhtanlar R.Rzayevə əsla yapışmaz! Çünki o, cənab Prezidentin iradəsini həyata keçirir və ona göstərilən yüksək etimadı doğrultmağa çalışır. Etimadı doğrultmağın yolu isə dürüst və vicdanla işləməkdən, vətəndaşların qayğılarına həssas yanaşmaqdan keçir. Üstəlik də, burada Rövşən müəllimin öz əsil-nəcabətliliyi, yüksək mənəviyyat sahibi olması amili də çox önəmli rol oynayır. Odur ki, Rövşən müəllimin müsbət yöndə işlərinə, yeni idarəçilik tərzinə mane olub suyu bulandırmaq istəyənlər gedib özlərinə ayrı bir məşğuliyyət tapsalar yaxşı olar. Anadolu türkləri demişkən, heç boşuna uğraşmasınlar. Mən özüm də məcburi köçkün olduğum üçün real vəziyyəti yaxşı bilirəm. Zatən, məcburi köçkünlər Rövşən Rzayevin müsbət işlərini görür və onun fəaliyyətini dəstəkləyirlər.


Əlisahib Hüseynov - 
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

Xəbər 253 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR