"Mançester Yunayted"in əfsanəsi millimizin baş məşqçisi ola bilər


Futbol üzrə Azərbaycan millisinin baş məşqçi postuna namizədlərdən daha biri bəlli olub. 

"Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, bu, İngiltərənin "Mançester Yunayted" klubunun əfsanəvi futbolçularından hesab olunan Roy Kindir. 
Nəşr bildirib ki, 49 yaşlı mütəxəssisə təklif edilən şərtlər cəlbedicidir və irlandiyalı baş məşqçi bunu qəbul edə bilər. Roy Kin növbəti 48 saat ərzində qərarını verməlidir.
AFFA-ya yaxın mənbə nəşrə təsdiqləyib ki, Kin assosiasiyanın ən yaxşı seçimidir, lakin tezlikdə mütəxəssisdən cavab gözlənilir. 
Qeyd edək ki, Roy Kin son olaraq 2019-cu ildə İngiltərənin "Nottingem Forest" klubunda köməkçi-məşqçi vəzifəsini yerinə yetirib. 
Xəbər 332 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR