Malidə silahlı şəxslərin kəndə hücumu nəticəsində 37 nəfər ölüb

Malidə silahlı şəxslərin kəndə hücumu nəticəsində 37 nəfər ölüb
  • DÜNYA

Malidə silahlı şəxslərin kəndə hücumu nəticəsində 37 nəfər ölüb.

"Report” "Hurriyet”ə istinadən xəbər verir ki, hadisə ölkənin mərkəzində yerləşən Mopti əyalətində baş verib.
Hökumətin yaydığı məlumata görə, "Dozos” silahlı qrupu Bankas şəhərinin Koulogon kəndinə hücum edib. Fulani qəbiləsinin yaşadığı kəndə motoskiletlərlə gələn silahlı şəxslərin ətrafa atəş açması nəticəsində 37 nəfər ölüb. Onların arasında qadın və uşaqlar da var.
Qeyd edək ki, Fulani qəbiləsi, əsasən, Malinin mərkəzi bölgələrində yaşayır, maldarlıqla məşğul olurlar. Son illərdə bölgədə tez-tez terror aktları törədilir.
 
Aktual.az
Xəbər 288 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR