Magistraturaya qəbul üçün proqram seçimi bu gün başa çatır

Magistraturaya qəbul üçün proqram seçimi bu gün başa çatır

Magistraturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün proqram seçimi bu günbaşa çatır.


Dövlət İmtahan Mərkəzindən (DİM)  verilən məlumata görə, bakalavrlar günün sonunadək öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər.

Azərbaycanınali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına bu ilfevralın 24-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrlar imtahanın ikinci mərhələsinə buraxılmaları üçünproqram seçimindəiştirak etməlidirlər.

Bunun üçün bakalavrlar tələb olunan məbləği şəxsi kabinetlərinin hesabına əlavə edib mayın 7-si saat 23:59-dək öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər.

Qeyd olunan müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməyənlər 26 may 2019-cu ildə keçiriləcək imtahanın ikinci mərhələsinə buraxılmayacaqlar.

Xəbər 185 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR