Ölkəyə qanunsuz xəz geyimlərin gətirilməsinin qarşısı alındı

Ölkəyə qanunsuz xəz geyimlərin gətirilməsinin qarşısı alındı

Gömrükçülər külli miqdarda xəz geyiminin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

Bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Aktual.az-a verilən məlumatda bildirilib.

Qeyd edilib ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə xəz geyimlərinin Türkiyə Respublikasından qaçaqmalçılıq yolu ilə Naxçıvan Muxtar Respublikasına, oradan isə hava nəqliyyatı vasitəsilə Bakı şəhərinə gətirilməsi haqqında əməliyyat məlumatı daxil olub.
Bu məlumat əsasında, Naxçıvan-Bakı aviareysilə gələn yükü qarşılayan Azərbaycan Respublikasının vətəndaşı Cehrun Əliyev gömrük əməkdaşları tərəfindən nəzarətə götürülüb. Vətəndaş həmin aviareyslə gələn baqajı qəbul edərkən saxlanılıb. Üç ədəd qutu və iki ədəd çantadan ibarət olan baqaj yoxlanılarkən cəmi 64 ədəd müxtəlif etiketli xəz kürklər aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

Aktual.az
Xəbər 241 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR