Ölkədə internet problemi olmayacaq - Nazirlik

Ölkədə internet problemi olmayacaq   - Nazirlik

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ötən gün ölkə ərazisində yaranan internet problemi ilə bağlı məsələyə yenidən aydınlıq gətirib.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin rəhbəri Müşviq Əmirov açıqlamasında bildirib ki, dünən günün ikinci yarısından etibarən ölkə əraisində internet təchizatı ilə bağlı yaranan problem tam olaraq aradan qaldırılıb”.

“Ötən gün təxminən saat 22:00 radələrində problem aradan qaldırılıb. Hazırda ölkə üzrə əvvəlki qaydada internet verilişi bərpa olunub, şəbəkəyə qoşulmada heç bir problem yoxdur. Narahat olmağa dəyməz”,- deyə M.Əmirov bildirib.

Qeyd edək ki, ötən gün saat 16:00 radələrindən axşam saat 22:00-dək ölkə üzrə internetə çıxış mümkün olmayıb. Buna səbəb kimi ölkənin əsas internet provayderi olan "Delta Telekom" MMC-nin (bazarda payı 90%-dir) DATA Mərkəzindəki ana naqildə baş verən yanğın göstərilir.

Xəbər 679 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR