LERİK. Vətəni, dövləti və xalqı üçün tər tökən ƏQİDƏ ADAMI - Əlipənah Bayramov...

LERİK. Vətəni, dövləti və xalqı üçün tər tökən ƏQİDƏ ADAMI - Əlipənah Bayramov...

Əziz oxucu! Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Lerik Rayon İHB-nin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlipənah Bayramov haqqında qaynaqlanan maraqlı fikirləri, söhbətləri məmnuniyyətlə qələmə alıb oxucularımıza çatdırmağı özümüzə borc bildik. Ancaq ilk öncə ...

QİSA TANITMA
Bayramov Əlipənah Hüseynağa oğlu - 1968-ci ildə Lerik rayonunun Bülüdül kəndində anadan olmuşdur. 1996-cı ildə Bakı Dövlət Universitetini, 2001-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir. Əmək fəaliyyətinə 1985-ci ildə S.Vurğun adına sovxozda fəhlə kimi başlamışdır. 2016-cı ilin may ayından Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdiri vəzifəsində çalışır. 1-ci dərəcə dövlət qulluqçusudur.
1. 03.12.1990 - "Bolluq uğrunda” qəzetində korrektor,
2. 03.02.1993 - "Lerik” qəzetində ədəbi işçi, müxbir,
3. 21.02.1996 - Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatının Ümumi şöbəsində kadrlar üzrə müfəttiş,
4. 26.06.1996 - Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial- iqtisadi inkişaf şöbəsində təlimatçı,
5. 01.04.1997 - Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq və mühafizə məsələləri şöbəsində məsləhətçi,
6. 31.10.1998 - Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsində böyük məsləhətçi,
7. 31.08.2001 - Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatında mütəxəssis,
8. 18.11.2002 - Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsində hüquqşünas,
9. 12.02.2003 - Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri,
10. 13.08.2012 - Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatında İnformasiya təminatı və təhlili sektorunun müdiri vəzifələrində çalışmışdır.

Bəri başdan qeyd edək ki, Lerik Rayon İHB-nin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlipənah Bayramov sıradan bir şəxs deyil, bütün ömrünü xalqın rifahı işinə sərf edib. Həmişə gücsüzün yanında olub, ona qəhmər cıxıb. Bəli, o, əsl Vətən daşıdır. Çünki o, hamının acısına acımağı, sevincinə sevinməyi bacarır. Bu adam bütün varlığı ilə Vətənə bağlı adamdır. Bu adam bütün qəlbiylə insanlıgı, xeyrxahlıgı sevir, bu amalla yaşayır. Bu adam bu dünyadakı var dövləti yox, axirətdə Allahın qarşısında verə biləcəyi imtahanı düşünən adamdır. Bəli, bu adam bəziləri kimi dünyanı tutub durmayıb, ölümün haqq olduğuna inanır və o üzdən diriykən rəhmət qazanıbdır.

...Bütün deyilənləri, yazılanları kənara qoyaraq bir elin, obanın təəssübünü cəkən fədəkar bir insan kimi tanıdığımız Əlipənah Bayramov haqqında olur ki, bəzən bədhaqları tərəfindən yayılan uydurmalar gülüş doğurur. Yalana bükülüb ləkə kimi atılan yazılara cavab olaraq gerçək olanı deyək: Bəri başdan deyirik ki, Əlipənah Bayramov təsəvvürünüzə gətirmədiyiniz dərəcədə zəngindir. Briliant, qızıl, ləl-cəvahirat nədir ki, onun sərvətinin yanında. Adamın saf, təmiz qəlbi var. Neyləsin ki, xalqına, el-obasına bu qədər baglıdır. Saysız- hesabsız ehtiyacı olanlara "Əl tutmaq Əlidən qalıb" deyə əl tutması, simsar olmasını göz önünə gətirin. Həndəsi silsilə ilə artan bir sərvət! Sizsə görün nələrdən danışırsız? Hələ bu sıraya saysız-hesabsız insanlara xeyirxah əməllərini də artırsaq (bunların da ümumi çəkisi həmin böhtançı "mirzə”lərdən ağır olar yəqin ki...) onda böyük bir xəzinə yaranar. Yəqin bu həqiqəti bilən kimsə, sizin yanınızda "Əlipənah Bayramovun böyük, tükənməz bir xəzinəsi var”-deyib, sadəcə, sizsə hər şeyi baş-ayaq anlamısız…

...Müasir mediada çox nəsnələrin təmənnalı yazılıb, elə təmənnalı da pozulduğu bir vaxtda tanınmış bir məmur haqda xoş yazı yazmağın necə qarşılanacağını bilməmiş deyiləm. Hər kəs sual edəcək: Görəsən, nə baş verib ki, işi-gücü tənqid olan bir saytın rəhbəri indi məmuru müdafiə edən yazıya imza qoyur? Biz bu yazını qələmə almağı özümüzə vicdan borcu saydıq. Bu gün məmurların böyük əksəriyyətinin hansı səviyyəyə malik olduğunu, elmdən uzaq, yalnız pul yığmağı bacaran ənənəvi tiplər kimi tanıdığımızdan az qala ONUN haqqında da belə düşünəcəkdik. Amma… Amması bu ki, Lerik Rayon İHB-nin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlipənah Bayramov vəzifənin hörmətə mindirdiyi yox, vəzifəni hörmətə mindirən MƏMURlardandır.

LERİK. Vətəni, dövləti və xalqı ücün tər tökən ƏQİDƏ ADAMI - Əlipənah Bayramov...

...Adının cəkilməsini istəməyən Azərbaycanın tanınmış jurnalistlərindən biri Əlipənah Bayramov barədə belə deyir: "Fürsət düşdükdə Əlipənah müəllimlə görüşürəm. Söz-sənət sahiblərinə qiymət verməyi bacaran adamdir. Kübar, çox ziyalı, lazım olanda yumuşaq, lazım olanda sərt insandır. Təşkilatçı bacarığı da öz yerindədir. Bircə zəif cəhəti var ki, başqa biri sərt tədbirlər görəcəyi halda, o insani xüsusiyyətindən irəli gələrək başa salır ki , belə olmaz, belə deyil. Mümkün və sona qədər ancaq başa salmağa çalışır. Çox vaxt da buna nail olur. İnsanlara elə gəlir ki, o yumşaq xasiyyətli, həlim bir rəhbərdir. Amma görünür o, bizim bildiklərimizdən daha çox bilir və dərk edir ki, cəmiyyəti inzibati üsullarla yox, sözlə islah etmək olar!”

YAZIYA KİCİK BİR SÖZARDI

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik. "Xalqın ən böyük xidmətçisi mənəm. Məndən nümunə götürün” – deyən prezident İlham Əliyevdən kim nümunə götürdü?

Lerik Rayon İHB-nin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlipənah Bayramovun Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Maraqlıdır ki, onun adı ölkənin kütləvi informasiya vasitələrində az da olsa çəkilsə də, mahiyyət etibarı ilə onun həyatı və fəaliyyəti barədə ətraflı və dolğun informasiya əldə etmək elə də asan deyil. Bəlkə də Əlipənah müəllimin fəaliyyətinin müəyyən özəllikləri ilə əlaqədardır. Onu yaxından tanıyan bir çox insanlar bu halı onun yüksək təvazökarlığı və diqqət mərkəzində olmaqdan heç də xoşlanmaması ilə də əlaqələndirirlər. Əlbəttə ki, bu keyfiyyətlər də hər bir insana yalnız baş ucalığı gətirə bilər.

Bəli, insan öz əqidəsini elan kimi divardan asmamalıdır. Lerik Rayon İHB-nin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlipənah Bayramovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edirik ki, O, vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

...Bu gun yaşğadığımız cəmiyyətdə az qala gündəlik eşitdiyimiz bir kəlmə, hazırki nəsil cırlaşıb kimi ifadələr eşitmə sistəmimizi az qala iflic vəziyyətinə salıb. Bəli, bu situasiya üzərində o kəslər ki, müəyyən gənəşiklər yapmaq, çıxış yollarının aramasını vacib sayırlar, bələləri alqışa layiqdirlər. İnsan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır.

Bəli, bu həqiqət isə GÜN İŞIGI kimidir: Nəinki Lerikdə, bütün bölgədə belə kimdən soruşsanız onu belə xarakterizə edəcəklər - yüksək qabilliyyəti ilə seçilən məmur, gözəl insan və əsl vətən daşı!

Xəbər 9689 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR