Öldürülən qızıl alverçisi 43 dəfə bıçaqlanıb

Öldürülən qızıl alverçisi 43 dəfə bıçaqlanıb

Aktual.az xəbər verir ki, Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayonun Feyzulla Qasımzadə küçəsi 17 ünvanında yerləşən mənzildə bıçaqla qətlə yetirilmiş qadın meyiti tapılıb.

Qeyd olunub ki, evində ölü tapılan qadına 43 bıçaq vurulub. Hadisədən ilk olaraq öldürülən şəxsin qızı xəbər tutub, polisə də o məlumat verib.

İlkin araşdırma zamanı Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında meyiti tapılan qadının 1960-cı il təvəllüdlü Məryəm Namədzadə olduğu müəyyənləşib. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Məryəm Namədzadə Bakıdakı məşhur “Jewellery” zinət əşyaları mağazasının sahibi olub.

Xəbər 952 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR