Lavrovun sözçüsü: "Türkiyəyə gedənlər yaxşı düşünsün!" - FOTO

Lavrovun sözçüsü:

Türkiyədəki prosesləri real rejimdə, diqqətlə izləyirik. İstənilən formada qanlı toqquşmalara yol verməmək və yaranan bütün problemləri Konstitusiya müstəvisində həll etmək gərəkdir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyədəki olayları şərh edərkən belə deyib.

Milli.Az İnterfaks-a istinadən bildirir ki, o, ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşündən sonra jurnalistlərin suallarını açıqlayıb.

"Hazırda Türkiyədəki olaylar barədə jurnalistlər diplomatlardan çox bilirlər", - S.Lavrov deyib.

Rusiya XİN-nin mətbuat katibi Mariya Zaxarova isə Facebook-dakı səhifəsində yazıb:

"Lavrov Türkiyədə olan rusiyalılara evlərini tərk etməməyi məsləhət görüb. Özümdən əlavə edim: Türkiyədə səfərə yollanmağı planlaşdıranlar - bütün riskləri bir daha götür-qoy edin! Xüsusilə də uşaqlarla səfərə yollanmaqdan söhbət gedirsə".

Xəbər 307 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR