Lavrov və Tillerson görüşəcək

Lavrov və Tillerson görüşəcək
  • DÜNYA

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Reks Tillerson arasında görüş keçiriləcək.

Aktual.az  APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib. 
O, Lavrovun Tillersonla görüşünün noyabrda Vyetnamda keçiriləcək Asiya-Sakit okean ölkələri İqtisadi Əməkdaşlıq  təşkilatının sammitində baş tuta biləcəyini söyləyib:  "Lavrov da, Tillerson da Vyetnamda keçiriləcək sammitdə olacaqlar. Lakin bizdə mümkün görüşün vaxtı və tarixi ilə bağlı dəqiq məlumat yoxdur. Bununla belə, iki ölkə arasında suallar yığılıb-qalıb, fikrimcə, bu görüş baş tutmaya bilməz". 
 
Aktual.az
Xəbər 288 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR