Lavrov ABŞ-ın Rusiyaya qoyduğu şərti AÇIQLADI

Lavrov ABŞ-ın Rusiyaya qoyduğu şərti   AÇIQLADI

Bəşər Əsədin hakimiyyətdən getməsi barədə razılıq əldə olunacağı təqdirdə, ABŞ Suriyada terrorizmə qarşı mübarizədə Rusiya ilə səylərini birləşdirməyə hazırdır.

Aktual.az  APA-ya istinadən bildirir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Serqey Lavrov gənclər forumunda sualları cavablandırarkən bildirib. "Onlar deyirlər ki, terrorizmə qarşı mübarizədə birləşmək olar, lakin əvvəlcə Əsədin devrilməsi ilə bağlı razılığa gəlmək lazımdır", - deyə nazir söyləyib.
 
S.Lavrov qeyd edib ki, Qərb Əsədi diktator saydığı üçün onun devrilməsini tələb edir: "Biz isə deyirik ki, terrorla mübarizədə hər şeyi qaydasına qoyaq və sonra azad seçkilər təşkil edək. Qoy xalq özü onu demokratik səsvermə yolu ilə hakimiyyətdən uzaqlaşdırsın". 

Xəbər 700 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR