Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinkenlə keçirdiyi görüşü konstruktiv adlandırıb.
Aktual.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Rusiya və Amerika xarici siyasət idarələri başçılarının görüşü İslandiyanın paytaxtı Reykyavikdə olub və təxminən iki saat davam edib.
"Söhbət mənə konstruktiv göründü. Əvvəlki illərdə rəsmi Moskva ilə Vaşinqton arasında yaranmış qeyri-sağlam vəziyyətə üstün gəlməyin zəruriliyi barədə anlayış var", - Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı bildirib.
Onun sözlərinə görə, danışıqların gedişatında iki ölkəyə dair diplomatik məsələlər müzakirə edilib. Tərəflər həmçinin ölkələrin prezidentləri üçün xüsusi halda strateji sabitlik məsələləri üzrə təklifləri hazırlamağı razılaşdırıb.
Bundan başqa, Lavrov və Blinken bir sıra beynəlxalq məsələləri, o cümlədən İranın nüvə sazişi üzrə birgə fəaliyyəti və Əfqanıstan məsələsini müzakirə ediblər.
Rusiya xarici işlər naziri qeyd edib ki, amerikalı həmkarını rəsmi Moskvanın Vaşinqtonla səmimi və qarşılıqlı hörmətə əsaslanan dialoqa hazır olmasına əmin edib.
Xəbər 248 dəfə oxunub.