«Laçın-1» firmasının istehsalı olan «AZBETON» sementi təhlükə saçır

«Laçın-1» firmasının istehsalı olan «AZBETON» sementi təhlükə saçır

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Anar Məlikovun təsisçisi olduğu müəssisəyə əmtəə nişanını nəyin qarşılığında verib?

Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə sahibkarlıq sahəsində yoxlamaların dayandırılmasına dair qanunun qəbul olunmasından sonra bəzi sahibkarların münbit şəraitdən sui-istifadə etmələri müşahidə olunur. Təəssüf ki, yaradılmış münbit şəraitdən qanunsuz yollarla faydalanan bəzi sahibkarların əməlləri istehlakçıların hüquqlarının pozulmasına, onların həyatı və ətraf mühit üçün təhlükəli nəticələrə səbəb ola bilər. Bu baxımdan sement istehsalı ilə məşğul olan müəssisələrdə çox ciddi problemlər mövcuddur. Məlum olur ki, qanuni istehsal fəaliyyəti olmayan şəxslər kisənin üzərində sementin markasını yüksək (400 marka, 500 marka) göstərməklə istehlakçıları aldadırlar. Sement istehsalı üçün dövlət standartları almayan, akkreditasiya edilmiş sınaq laboratoriyası olmayan şəxslərin satışa çıxardığı «yüksək markalı» sement məhsulları istifadə edildiyi sahələrdə ciddi təhlükələrə səbəb ola bilər. Son zamanlar Azərbaycanın sement bazarında istehlakçıların aldadılması hallarının artması, qanunsuz, laboratoriya nəzarətindən kənar, aşağı keyfiyyətli, təhlükəli sement məhsullarının istehsalı və satışı ilə bağlı müraciətlər daxil olur. Bir müddət əvvəl «Azad İstehlakçılar» İctimai Birliyi açıqlayıb ki, “Garant İnşaat Sənaye” MMC adlı müəssisəyə məxsus “UNİVERSAL” əmtəə nişanının (Sözlər və rənglərlə (qırmızı, yaşıl, bej) birlikdə) fiziki şəxs Ağayev Anar Gülağa oğlu tərəfindən təqlid (təkrar) edilərək qanunsuz sement istehsal etməsi və ölkənin əmtəə bazarında satışa çıxarılması, bununla da istehlakçıların hüquqlarının pozulması, aldadılması baş verir.AİİB-in araşdırmaları göstərir ki, hazırda “Azbentonit” MMC-nin hüquqi varisi olaraq “Garant İnşaat Sənaye” MMC sement istehsalı üzrə “UNİVERSAL” əmtəə nişanı (Sözlər və rənglərlə (qırmızı, yaşıl, bej) birlikdə) üzərində müstəsna hüquqa malikdir. Həmçinin bildirilir ki, başqa bir istehsalçı «AZBETON» adı ilə – rənglər və təsvirlər «AZBENTONİT» adı ilə eyni olan sementi ticarət şəbəkəsinə çıxarıb. Həmin məhsulun kisəsinin rəngləri, üzərində «AZBETON» sözünün şrifti və rəngi müəssisənin «AZBENTONİT» yazısı ilə eynidir. Müəssisənin daimi müştəriləri də bildirirlər ki, «AZBETON» yazılışlı kisənin rəngləri və dizaynı müəssiənin istehsalı olan sementin kisəsinin görünüşü ilə tamam oxşar olduğundan qarışdırılır. Gundelik-baku.com-un əməkdaşları bu mövzu ətrafında araşdırma apararaq bəzi mətləblərə aydınlıq gətiriblər. Araşdırmalar nəticəsində məlum olub ki, «AZBETON» yazılışlı sementləri «Laçın-1» firması istehsal edir. Firmanın təsisçisi Anar Məlikov adlı iş adamıdır. Bizə çatan məlumatlara görə, bu firmanın sement istehsalı üçün nə standartları, nə də laboratoriyası var. Həmçinin bu firmanın müşayiətedici sənədləri, sertifikatı da yoxdur. Qanunsuz sement məhsullarının istehsalı ilə məşğul olan firma rəhbərliyi keyfiyyətsiz və təhlükəli sementləri vətəndaşlara satmaqla onların hüquqlarını pozur. Acınacaqlı hal ondan ibarətdir ki, artıq xeyli müddətdir bazarda cövlan edən bu firmanın məhsullarının satışına nəzarət demək olar ki, yoxdur. İddialara görə, firmanın təsisçisi Anar Məlikov Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin bəzi vəzifəli şəxsləri ilə «anlaşaraq» istehsal etdiyi məhsulları asanlıqla bazara çıxara bilir. Məhz firma rəhbərinin komitənin səlahiyyətli işçiləri ilə ortaq məxrəcə gəlməsi «Laçın-1” firmasının istehsal etdiyi “AZBETON” sementinə Azərbaycan Respublikası Milli Sertifikatlaşdırma Sistemi tərəfindən uyğunluq sertifikatının verilməsi ilə nəticələnib. Bununla yanaşı, firmanın istehsal etdiyi “AZBETON” sementinə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən müvafiq əmtəə nişanı (№ 002328) verilib. Fikrimizcə, komitənin firmanın istehsalı olan sementə verdiyi əmtəə nişanı və ümumiyyətlə, «Laçın-1» firmasının fəaliyyəti dərindən araşdırılmalıdır. Qeyd edək ki, sözügedən firmanın fəaliyyəti barədə araşdırmalarımız davam edir. Yaxın günlərdə daha şokedici məlumatları açıqlayacağıq. Bizi izləyin. Yazı ilə bağlı qarşı tərəfi də dinləyə bilərik.//Conflict.az

Xəbər 1926 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR