Küveyt 15 iranlı diplomatı ölkədən çıxarır

Küveyt 15 iranlı diplomatı ölkədən çıxarır

Küveyt hökuməti hərbi attaşe və mədəniyyət üzrə attaşe aparatını bağlayaraq 15 iranlı diplomata ölkəni tərk etmək üçün vaxt verib.

Aktual.az  xəbər verir ki, bu barədə Report "Sky News Arabia” telekanalına istinadən xəbər verir.

"Biz Küveytin hüquqlarının müdafiəsi üçün İranın ölkədəki diplomatik nümayəndələrinə qarşı diplomatik tədbirlər gördük”, - ölkənin informasiya naziri telekanala bildirib.

Mənbələrdən telekanala verilən məlumata görə, bu gün ölkə hakimiyyəti İran səfirliyinə hərbi attaşe və mədəniyyət üzrə attaşe aparatının bağlanması barədə nota göndərib. Küveyt hökuməti 15 iranlı diplomata 45 gün ərzində ölkəni tərk etmək üçün vaxt verib. Beləliklə, ölkədə cəmi 4 iranlı diplomatın qaldığı bildirilir.

Həmçinin Küveyt hökuməti İranla bütün hökumətlərarası komitələrin işini dayandırır.
 
Aktual.az  
Xəbər 341 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR