“Krokus” terrorunda iştirak edənlərin adları açıqlandı

“Krokus” terrorunda iştirak edənlərin adları açıqlandı

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin "Krokus Siti Holl”da baş vermiş terror aktı ilə birbaşa əlaqəsi var.
Aktual.az  xəbər verir ki, bunu Rusiya FTX-nin direktoru Aleksandr Bortnikov Bişkekdə MDB Dövlətlərinin Təhlükəsizlik Orqanları və Xüsusi Xidmətləri Rəhbərləri Şurasının iclasında mövcud təhdidləri və tendensiyaları qiymətləndirərkən deyib.
"İstintaq davam edir, lakin artıq əminliklə demək olar ki, Ukrayna hərbi kəşfiyyatı bu hücumla birbaşa bağlıdır”, - o bildirib.
Bortnikovun sözlərinə görə, artıq terror aktı ilə bağlı 20-dən çox adam, o cümlədən cinayətkarlar və əlbirlər saxlanılıb.
FTX direktoru həmçinin terror aktının araşdırılmasında göstərdikləri köməyə görə MDB ölkələrinin kəşfiyyat xidmətlərindən olan həmkarlarına təşəkkür edib.
Qeyd edək ki, Bişkekdə MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Orqanları və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının 54-cü iclası keçirilir.
Xəbər 259 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR