Szinpin mənə söz verib: bunu etməyəcək - Zelenski

Szinpin mənə söz verib: bunu etməyəcək - Zelenski

Çin sədri Si Szinpin mənə Rusiyaya silah satmayacağına dair söz verib.
Aktual.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Zelenski Çin lideri Si Szinpinlə 2023-cü ilin aprelində baş tutan telefon danışığını xatırladıb:
"O, Rusiyaya heç bir silah satmayacağını bildirdi. Bu birincisi. Baxarıq. Möhtərəm adamdırsa, bunu etməz, çünki mənə söz verib. İkincisi, siz bizim Dünya Sülh Formulumuzun nə olduğunu çox yaxşı bilirsiniz. O, BMT Nizamnaməsinə əsasən hər kəs üçün açıqdır.
Ukrayna Sülh Formulu ərazi bütövlüyü, suverenlik, nüvə və qida təhlükəsizliyi prinsiplərinə əsaslanır. Çinin buna alternativ baxışı varsa, sülh üçün alternativ formul hazırlaya bilər. Bu məsələdə qlobal səviyyədə bütün dünya ilə eyni fikirdə olsaq, fikrimcə, onlar sülhə gedən yolu paylaşsalar, dialoq olacaq".
Xəbər 240 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR