Kriminal aləmin psixologiyası - ŞOK ARAŞDIRMA

Kriminal aləmin psixologiyası  - ŞOK ARAŞDIRMA

Bəzi insanlarda şəxsiyyət pozuntusu kimi psixoloji problemləri olur.

Bu insanlar qorxulu davranışları ilə seçilir, başqalarına qarşı yersiz və məntiqsiz tələblər irəli sürür. İnsanlara, ətrafındakılara qarşı mühakimə yürütmək davranışları hər kəsdə olduğu ilə müqayisədə fərqlidir.Belə qrup insanlar çoxdur. Sadəcə onlarda yatmış olan bu xüsusiyyətlər hansısa situasiyada, ekstremal vəziyyətlərdə qabarıq özünü göstərir, aktivləşir. Bunlar bir çox hallarda cəmiyyət üçün təhlükə mənbəyinə çevrilə bilər. Digər bir sinir mənşəli şəxsiyyət pozuntusu, psixozlar zamanı insan qorxulu, vaxtaşırı dəyişən davranışları ilə seçilə bilər.Qəfildən aqressiv olurlar. Hadisələri dramatikləşdirən, şişirtməyə meylli şəxsiyyət pozuntularına malik olan insanlar da var. Belə adamlar da cinayət törədirlər.Narsizm deyilən şəxsiyyət pozuntusuna malik olan insanlar var ki, belə adamlar özünə həddən çox əhəmiyyət verən böyüklük hissi göstərirlər.Özlərinə həddən artıq vurğun olurlar. Başqalarının ona qarşı kiçik bir səhvini bağışlamırlar və cinayət törətməkdən çəkinmirlər. Bunu normal sayırlar.İnsanlarla münasibətdə özünə qarşı çox tələbkar olurlar. Anti-sosial, daha doğrusu cəmiyyətə qarşı aqressiv olan şəxsiyyət pozuntuları olan insanlar da var ki, yalan danışırlar, fırıldaqçılıq və dələduzluq edirlər, oğurluq edirlər. Belələrində məsuliyyət hissi ya az olur ya da heç olmur.

Narkomaniya və alkoqol aludəçiliyi ayrıca şəxsiyyət pozuntularına-psixozlara səbəb olan bir problemdir. Bu zaman insanda ciddi duyğu və davranış dəyişiklikləri meydana gəlir. Məsuliyyət hissi azalır və ya itir.Ətrafda baş verənlərə və öz törətdiklərinə qarşı duyğusuz və küt reaksiyası ilə fərqlənir.

Mənim fikrimcə cinayət törədən insanlarla psixoloji iş aparmaq çox vacibdir. İstər Sovet dövründə, istərsə də müasir dövrdə hüquq-mühafizə orqanları ilə psixiatrların əməkdaşlığı olub. Lakin bu işbirliyi əksər hallarda kəskin ruhi-əsəb pozğunluqları hallarında olur. Halbuki bizim dediyimiz əməkdaşlıq hər insana xarakterik olan psixoloji pozuntulara əsasdır. Peşəkar psixoloji iş aparılmas zamanı biz həmin insanların psixoloji durumunu öyrənə bilərik. Davranış və həyat tərzini müəyyən etmək lazımdır. Belə olan təqdirdə onun təkrar cinayət törətməsinin qarşısı alına və ya gerçək səbəbləri aydınlaşa bilər. Artıq bundan sonra bu adamla necə davranmaq, necə islah etmək üsulları müəyn edilir. Onun islahı asanlaşardı. İslah-əmək müəssisələrində peşəkar psixoloqlar işləməlidir.

Bundan başqa həbsə düşməyin özü ciddi psixoloji pozuntularla nəticələnən bir səbəbdir. İnsanı xəstə edə bilər. Stresslər və depressiyalar yaşıya bilər. Bu psixoloji durumları yaşayan məhbus da ətrafdakılar üçün təhlükə mənbəyidir.Çünki psixoloji pozuntular özü ilə insana müxtəlif xarakteristik əlamətlər gətirir.

Ona görə də məhbusdakıların düşdükləri duruma adaptasiyası üçün psixoloji təlimlər keçirilməlidir.

Kleptomaniya nədir?

Kleptomaniya psixoloji xəstəlikdir. Elə insanlar var ki, hər hansı bir əşyaya ehtiyacı olmadığı və ya onu ala biləcək qədər maddi vəziyyəti yaxşı olduğu bir halda, oğurluq edərək o əşyaya sahib olurlar. Bu insanları kliptoman adlandırmaq olar. Kliptomaniya öncədən planlaşdırılmış və ya kimdənsə qisas almaq məqsədi ilə edilmiş bir hərəkət deyildir. Çünki kleptoman etdiyi hərəkətin yalnış və uyğunsuz olduğunu bilə – bilə oğurluq edir. Onlar sanki oğurluq etməkdən zövq alır və bu hərəkətlərilə daxili rahatlıq tapırlar. Bəzən onlar oğurladıqları əşyadan heç istifadə etmədən, onu tullayırlar. Belə insanlar oğurluq etmək üçün heç vaxt başqalarından yardım istəmirlər.

Kleptomaniya uşaq yaşlarından üzə çıxan psixoloji narahatçılıqdır. Belə insanlar bu davranışı etməzdən öncə, özlərində yorğunluq və çatışmazlıq hiss edirlər. Oğurluq etdikdən sonra isə xoşbəxt və rahat olurlar.

Çox vaxt kleptomaniya diaqnozu qoyulan xəstələrdə dipersanalizasiya (yüksək dərəcədə məsuliyyətsizlik) halları da müşahidə olunur.

Araşdırmalar nəticəsində məlum olmuşdur ki, saxlanılan mağaza oğrularının 5-25%- i kleptomaniya xəstəliyindən əziyyət çəkirlər. Həmçinin qadınlarda bu xəstəliyə kişilərdən 4 dəfə çox rast gəlinir.

Qadınlarda təqribən 30-35 yaşlarında, kişilərdə isə 50-55 yaşlarında bu narahatçılıq özünü daha çox biruzə verir.

Kleptomanik davranışların baş verməsinə səbəb insanların uşaqlıq çağlarında yaşadıqları bəzi hadisələrdir. Araşdırmalar nəticəsində məlum olur ki, belə insanlar uşaqlıq dövründə olduqca böyük travmalar almışlar. Bu xəstəlik insanlarda həmin tarvmaların və özünə inamın aşağı olması nəticəsində ortaya çıxır.

Kleptomaniya insan həyatında bəzi itkilərin baş verdiyi zaman da ortaya çıxa bilər. Məsələn, uşaqları evdən ayrılmış qadınlarda, kişilərdə andropoz müddətində belə hallara rast gəlinir. Qadınlarda narahatçılığın artdığı hamiləlik vaxtlarında da bu cür hallar özünü biruzə verir. Xüsusən də hamilə qadın başqa bir evə qonaq getdiyi zaman, qida maddələrinə qarşı etdiyi bu davranış diqqəti daha çox cəlb edir.

Bu xəstəlik insanlarda cinsi problemlerin nəticəsi kimi də ortaya çıxa bilər. Bəzi psixiatrların fikrincə belə hərəkətlər uşaq 3- 5 yaşlarında olarkən Freydin “fallik mərhələ” kimi adlandırdığı dövrdə, uşağın diqqətinin cinsi orqanlarına yönəldiyi mərhələdə yaşadığı travmalarla bağlıdır.

Qeyd etmək lazımdır ki, çox tanınmış və varlı insanların ailələrində tərbiyə almış uşaqlarda da kleptomaniya hallarına rast gəlinir. Tarixdə Fransa kralı IV Henri və Sardunya kralı Victorun da kleptoman olduğu sübut edilmişdir. Azərbaycanda isə tanınmış qanunda oğru olan Zerkalo Klaranı buna misal göstərmək olar.

Onu da deyək ki, ki, əgər cinayət zamanı saxlanılan şəxsin kleptoman olduğu sübut edilərsə, hakimlər tərəfindən onun cəzası nisbətən yüngülləşir.

Belə narahatçılığı olan insanlarla psixoterapevt ve ya psixoloq məşğul olmalıdır. Bu zaman insanın keçmişi və bu anı ilə bağlı olan, şüurunu zədələyən hallar ortaya çıxarılır və aradan qaldırılması üçün müxtəlif terapiyalardan istifadə olunur. Bəzi hallada dərmanla müalicə də məsləhət görülür. Xəstəlik bu usullarla tamamən müalicə olunmazsa hipnoz üsulundan istifadə etməklə uğurlu nəticə əldə etmək olar.

Alkoqolizm və onun müalicəsi

Artıq bu alışqanlıq get-gedə məcburiyyətə dönür və içməmək mümkün olmur. İçmək istəmir, amma bu onu əsəbi edir və aqressiya baş verir nəticədə ətrafa qarşı davranış daha da korlanır. Bu bir neçə dəfə belə davam edəndən sonra alkoqolik artıq içkini atmağı düşünür. İlk əvvəl alkoqoldan qurtulmaq xəstənin istəyilə başlasa da, bundan qurtulmaq üçün tək bu bəs etmir. Amma ətrafın ondan üz döndərməsi alkoqoliki tək başına bundan qurtula biləcəyinə inandırır.

Tək başına alkoqoldan qurtula bilməyən şəxs bir daha ruh düşgünlüyü yaşayır və ehtiyacı olduğu yaxınların yanında olmamalarını, üz döndərdiklərini görmək xəstəni daha da alkoqola tərəf çəkir. Qeyd etmək lazımdır ki, xəstənin istəyilə müalicə yalnız düşünülə bilər, müalicəyə başlamaq üçün xəstəyə yaxınları tərəfindən tam dəstək olunmalıdır.

İçki içməyə aludə olan fərdlərin içkidən əvvəlki sağlamlığını, bacarıqlarını əldə etməsi, içki üzündən tcəmiyyətdə itirdiyi rolunu və nüfuzunu qaytarması üçün hər cür müalicə üsullarından istifadə olunmaqdadır.
Diqqət etmək lazımdır ki, əgər bir şəxs alkoqolik olacaq qədər spirtli içkidən istifadə edirsə, deyilən heç bir nəsihət və ya söz ona təsir etməyəcək. Bu halda səbrin aşması və bunun nəticəsində alkoqolik adamın acılanması əks təsir verə bilər, yəni daha çox alkoqola baş çəkə bilər. Bu isə dönülməz yola girməsinə səbəb olacaqdır. Ətrafdakılardan uzaqlaşıb tək qalmağı seçməsi, əvvəl içmək üçün bir yoldaş axtarırdısa da indi heç o yoldaşı da yanında istəməməsi kimi psixoloji dəyişiklərə səbəb ola bilər. Çox vaxt da bu intiharla nəticələnə bilir.

Spirtli içkidən istifadənin öz-özlüyündə sosial-təhlükəli hərəkət olması, onun xarakterik alkoqol xəstəliyi olmaması, içən adamın ailəsinə bilavasitə təhlükə törətməməsi haqqında geniş yayılmış ənənəvi fikirlər mövcuddur. Bununla belə təcrübə göstərir ki, məişət sərxoşluğu ailə kollektivinin sağlamlığına ağır zərbə yetirir. Alkoqolizmin şəxsiyyətə yetirdiyi hərtərəfli zərər tez və ya gec əyyaşın hamı tərəfindən inkar edilməsinə gətirib çıxarır, o, sifilis, cüzam kimi ağır xəstəliklərlə bir sıraya qoyula bilər. Bu xəstəliklərdə olduğu kimi fiziki cəhətdən təkcə xəstənin özü deyil, həm də onu yaxından əhatə edənlər də əziyyət çəkir, bütövlükdə onların həyat tərzi dəyişir.

Xronik alkoqolizm hallarında çox vaxt müxtəlif kəskin psixozlar baş verir. Psixozların ən çox yayılmış növlərindən biri alkoqol deliriliyidir (alkoqol psixozu). Deliriy bərk içmə dövrü ardınca spirtli içkilərdən imtina etmə zamanı baş verir. Xəstəlik xəstənin davranışlarının xüsusiyyətini müəyyən edən şüur pozğunluğu, səmtitirmə. Təlaş, vahimə, parlaq hədələyici xəyallar (görmə hallüsinasiyaları) və sayıqlamalarla xarakterizə olunur. Xəstə xəyali təqibedicilərdən xilas olaraq və ya əmredici xəyali “səslər” tabe olub ətrafındakı xəyali düşmənə təcavüz məqsədilə pəncərədən tullana bilər və ya sınmış şüşələrdən yaralana bilər. Xəstəlik uzun sürən yuxusuzluqla müşayiət olunur, belə ki, axşamlar və gecə vaxtı psixomotor coşqunluq (psixi oyanıqlıq) daha da şiddətlənir. Deliriy baş verdiyi zaman xəstənin üzərində bütün sutka ərzində müşahidə aparılır. Onun çarpayısı pəncərədən uzaqlaşdırılır. Hərəki həyəcanlanma şiddətləndikdə, xəstəni yatağında saxlamaq lazımdır. Deliriy, adətən, 3-4 gün davam edir, sağalma normal yuxu nəticəsində əldə edilir.

Xronik alkoqolizm fonunda deliriydən əlavə, kəskin və xronik eşitmə hallüsinasiyaları və sayıqlama psixozları da əmələ gəlir. Bunlar eşitmə hallüsinasiyalarının çox vaxt əmr, həqarət, pis söyüş və ya hədələmə şəklində olan xəyali «səslər»in eşidilməsi ilə xarakterizə olunur. Xəstə bu cür əmr və hərəkətlərin təsiri altında özünü öldürə və başqasına hücum edə bilər, hətta başqasını öldürə bilər. Sayıqlama təəssüratının məzmunu təqib və qısqanma ideya və hadisələrindən ibarət olur. Hər iki halda bu xəstələr ətrafdakılar üçün təhlükəli olmaqla — “təqibedicilər”, “xəyanət edən” qadın və ya kişilərə qarşı yönəldilmiş təcavüz hərəkətləri edə bilərlər, hətta onları vəhşicəsinə öldürə bilərlər.

Müalicədə məqsəd içkinin tam buraxılmasıdır. Müalicənin istənilən nəticəni verməsi üçün xəstə bunu istəməli, müalicə başlayandan etibarən içki içməməlidir.

// Aktual.az

Xəbər 6513 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR