Kreml Lukaşenkonun Donbasla bağlı təklifinə münasibət bildirib

Kreml Lukaşenkonun Donbasla bağlı təklifinə münasibət bildirib
  • DÜNYA

Kreml Belarus Prezidenti Aleksandr Lukaşenkonun Donbassa sülhməramlılar yerləşdirilməsi ilə bağlı təklifinə münasibət bildirib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib ki, Belarus Prezidentinin təklifini Ukraynanın cənub-şərqindəki münaqişə tərəfləri, Kiyev və tanınmamış respublikalar özləri qiymətləndirməlidirlər.
"Bu, yeni təklifdir. Sözsüz ki, ilk növbədə münaqişə tərəflərinin bu cür təklifə münasibətlərini anlamaq lazımdır. Hələlik biz onların münasibətini bilmirik”, – deyə Kremlin sözçüsü vurğulayıb.
D. Peskov qeyd edib ki, Minsk razılaşmasının mətnindəki fəaliyyət planında belə bir maddə yoxdur.
Qeyd edək ki, bu gün Aleksandr Lukaşenko Donbassa sülhməramlılar göndərməyə hazır olduğunu bəyan edib.


Xəbər 494 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR