Koronavirusla əlaqədar Qətər Qran-prisi ləğv edildi

Koronavirusla əlaqədar Qətər Qran-prisi ləğv edildi

MotoGP üzrə martın 8-də keçirilməli olan Qətər Qran-prisi ləğv edilib.

"Report"un məlumatına görə, buna koronavirus epidemiyası səbəb olub. Bildirilib ki, koronavirusun dünyada yayılması Qətərin digər ölkələrlə, o cümlədən İtaliya ilə əlaqəsini məhdudlaşdırıb: "İtaliyadan gələn bütün sərnişinlər 14 günlük karantindən keçməlidirlər. Əlbəttə, İtaliya MotoGP-də əsas rol oynayır. Buna görə bütün yarışların ləğv edilməsi qərara alındı".
Moto2 ilə Moto3 pilotları sınaq üçün Qətərdədir. Bu yarışların 6 - 8 martda keçirilməsi planlaşdırılıb.
Qətərdəki MotoGP ləğv olunduğu üçün mövsümün ilk mərhələsi 20 - 22 martda Taylandda keçirilməli idi. Lakin bu yarış qeyri-müəyyən vaxta təxirə salınıb.
Xəbər 313 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR