KOBİA və Bakı Biznes Universiteti memorandum imzalayıb

KOBİA və Bakı Biznes Universiteti memorandum imzalayıb

Bakı Biznes Universitetində keçirilən "Məzun 2023” tədbiri və karyera sərgisi çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və universitet arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Aktual.az -ın verdiyi məlumata görə, sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Bakı Biznes Universitetinin rektoru İbad Abbasov imzalayıblar.
Sənəddə elm və özəl sektor arasında praktiki əlaqələrin genişləndirilməsi, tələbələr arasında biznes ideyalarının formalaşdırılması, innovativ təşəbbüslərin reallaşdırılmasına dəstək, tələbələrin könüllülük fəaliyyətinə təşviqi və digər məsələlərlə bağlı birgə fəaliyyətin həyata keçirilməsi, müştərək layihələrin icra edilməsi nəzərdə tutulur.
Tələbələrlə görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov gənclərin sahibkarlığa təşviqi, uğurlu sahibkar olmaq üçün biznesyönümlü təhsilin önəmi, Agentliyin bizinesin qurulması və inkişafına göstərdiyi dəstək və xidmətlər barədə fikirlərini bölüşüb.
Qeyd edilib ki, təhsilli, savadlı kadrların formalaşması biznes mühitinin inkişafına birbaşa təsir edən amillərdəndir. Sahibkarlar və biznes fəaliyyətinə başlamaq istəyən şəxslərin, xüsusən də gənclərin sahibkarlığa və biznesin inkişafına təşviqi KOBİA-nın fəaliyyət istiqamətlərindəndir. Bu sahədə Agentlik biznes biliklərinin artırılması, satış imkanlarının genişləndirilməsi, sahibkarların maraqlarının müdafiəsi, innovativ təşəbbüslərin dəstəklənməsi istiqamətlərində təlim, məsləhət, daxili bazar araşdırmasının aparılması, qrant, "Startap” şəhadətnaməsinin verilməsi və s. dəstək və xidmətlər göstərir. Bu dəstəklərdən biznesə başlamaq və mövcud sahibkarlıq fəaliyyətini genişləndirmək istəyən gənclər də istifadə edə bilərlər.
KOBİA nümayəndələri həmçinin, karyera sərgisi ilə tanış olublar, universitetdə təhsil aldığı müddətdə fərqlənən tələbələrə fəxri fərmanlar təqdim olunub.

Xəbər 319 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR