Kiyevdə hərbi parad keçirilib – FOTO+VİDEO

Kiyevdə hərbi parad keçirilib   – FOTO+VİDEO
  • DÜNYA

Kiyevdə Azadlıq meydanında və Kreşatik küçəsində Ukraynanın müstəqilliyinin 25 illiyinə həsr edilmiş hərbi parad keçirilib.

Oxu.AzUkraynanın Birinci milli kanalına istinadən xəbər verir ki, bayram tədbiri Ukraynanın dövlət himni və yaylım atəşi ilə başlayıb. 

Daha sonra Kreşatik küçəsi ilə Ukraynanın silahlı qüvvələrinin, Milli qvardiyasının, sərhəd və s. müxtəlif növ qoşunlarının dəstələri keçib. Həmçinin sülhməramlı əməliyyatlarda iştirak edən Litva-Polşa-Ukrayna birgə hərbçilərindən ibarət (Litpolukrbrig) briqadanın dəstələri keçib. 

Daha sonra Kiyevin mərkəzi küçələrindən hərbi texnika: Zirehli piyada maşını, özüyeriyən artilleriya qurğuları, artilleriya, yaylım atəş reaktiv sistemləri, havadan müdafiə sistemləri keçib.

Paradı Ukrayna prezidenti Petr Poroşenko və Ukrayna Silahlı Qüvvələrinin hərbi komandanlığı, o cümlədən də Ukraynanın müdafiə naziri Stepan Poltorak və Baş qərərgahın rəisi Viktor Mujenko qəbul edib.
 
Paradda həmçinin Ukraynanın sabiq prezidentləri Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşenko iştirak ediblər.

Ukraynanın Müstəqillik gününə həsr edilmiş tədbirdə Polşa prezidenti Ancey Duda da iştirak edib.

Xəbər 543 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR