KİV: "Trabzonspor" Mahir Emrelini transfer etmək istəyir

KİV:
  • İDMAN

Türkiyənin "Trabzonspor" klubu "Qarabağ"ın və Azərbaycan millisinin futbolçusu Mahir Emrelini heyətinə qatmaq istəyir. 

"Report"un haberts.com saytına istinadən verdiyi məlumata görə, norveçli forvard Aleksandr Syorpoltu heyətinə qatan Qara dəniz təmsilçisinin növbəti hədəfi 22 yaşlı hücumçudur. Xəbərdə Emerli ilə İspaniyanın "Deportivo", "Malaqa" və "Almeriya" klublarının yaxından maraqlandığı vurğulanıb. 
Onu heyətinə qatmaq istəyən klubların sırasında "Estremadura” da var. 
Qeyd edək ki, Emreli 2018/2019 mövsümündə Azərbaycan Premyer Liqasında 16 qolla bombardir olub. Onun Ağdam klubu ilə 2020-ci ilin iyulun 30-dək müqaviləsi var. 
Xəbər 328 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR