KİV: Gürcüstan hökumətində dəyişikliklər gözlənilir

KİV: Gürcüstan hökumətində dəyişikliklər gözlənilir

Gürcüstanın bəzi KİV-ləri hökumətdə kadr dəyişikliklərinin olacağı barədə məlumatlar yayıb.

"Report”un yerli bürosu xəbər verir ki, məlumatlara əsasən, Gürcüstanın baş naziri Mamuka Baxtadze və məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri David Sergeenko vəzifələrini tərk edəcəklər.
KİV qeyd edib ki, Gürcüstanın regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili baş nazir təyin olunacaq.
Yayılan məlumatları şərh edən Gürcüstan parlamentinin vitse-spikeri Gia Volksi hazırkı mərhələdə hökumətdə hər hansı bir dəyişikliyin planlaşdırılmadığını deyib: "Ayda bir dəfə ya da daha tez-tez hökumətdə kadr dəyişikliklərinin olacağı ilə bağlı informasiyalar yayılır. Əgər gələcəkdə hər hansı bir dəyişiklik baş versə, bu barədə hamı biləcək”.
Xəbər 349 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR