Kılıçdaroğlunun avtomobili atəşə tutuldu

Kılıçdaroğlunun avtomobili atəşə tutuldu
  • DÜNYA

Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun avtomobili atəşə tutulub. 


AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə Kılıçdaroğlunun avtomobil karvanı Artvinin Şavşat rayonundan Ardanuç rayonuna keçərkən baş verib. Kılıçdaroğlunun mühafizəsi cavab atəşi açıb. 

CHP-li millət vəkili Gürsel Tekinin verdiyi məlumata görə, CHP heyətində yaralanan yoxdur. 

Hadisə yerinə polis heyəti cəlb edilib. 

Xəbər 440 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR