Kerri Lavrovla Qarabağ məsələsini müzakirə edir

Kerri Lavrovla Qarabağ məsələsini müzakirə edir

Aktual.az Ölkə.Az-a istinadən  xəbər verir ki, Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında görüş başlayıb.

Görüşdə Suriyadakı vəziyyət, Ukrayna böhranı, Dağlıq Qarabağ münaqişəsinin həlli və iki ölkə arasındakı münasibətlərə dair məsələlər müzakirə olunacaq.

C. Kerri də müzakirə mövzularından birinin Dağlıq Qarabağ münaqişəsinin həlli olacağını təsdiqləyib. O, rusiyalı həmkarı ilə Yaxın Şərqdəki vəziyyət, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirə aparacağını vurğulayıb.

Bir gün öncə ABŞ dövlət katibini prezident Vladimir Putin qəbul edib.

Xəbər 242 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR